Meksikada təbii fəlakət: 97 ölü
20 Sentyabr 2013 Cümə 10:27
Qasırğa, daşqın və torpaq sürüşməsi nəticəsində daha 68 nəfər də itkin düşüb.
Meksikada qasırğa və daşqınlar nəticəsində ölənlərin sayı, ən son məlumatlara görə, 97 nəfərə çatıb. Daha 68 nəfərin də itkin düşdüyü rəsmi olaraq təsdiqlənib. Həmin şəxslər ölkənin cənub əyalətində yerləşən kiçik kənddə baş vermiş torpaq sürüşməsindən sonra itkin düşüblər.

Ötən gecə Sakit okean sularında formalaşan "Manuel" tropik qasırğası daha da güclənib. ABŞ-ın Milli Qasırğa Araşdırma Mərkəznin məlumatına görə, "Manuel" qasırğası Altata şəhərindən 35 kilometr şimal-qərbdə formalaşıb, Küləyin sürəti saatda 120-150 kilometr təşkil edir.Sahilyanı rayonların çoxunda məktəblər və digər müəssisələr müvəqqəti olaraq bağlanıb, sakinlərin evakuasiyasına göstəriş verilib.

"Manuel" tropik qasırğası Meksikanın əsas turizm regionu sayılan Akapulko şəhərini də viran qoyub. Rəsmilər leysan yağışların davam edəcəyi təqdirdə, itki sayının artacağını istisna etmirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar