Meksikada silahlı qrup 15 nəfəri güllələyib
24 Oktyabr 2010 Bazar 01:35
Silahlılar əyləncə məclisinə toplaşanlara atəş açıblar.
Meksikanın ABŞ-la sərhəddəki Syudad-Xuares şəhərində bir qrup silahlı şəxs 15 nəfəri güllələyib. Qurbanlar arasında 9 və 15 yaşlı uşaqlar var. Çiuaua ştatının baş prokuroru həlak olanların sayını təsdiqləyib və bildirib ki, daha 8 nəfər yaralanıb.

Yerli KİV-in məlumatına görə, silahlı qrup Syudad-Xures şəhərində əyləncə məclisinin keçirildiyi yerə maşınla yaxınlaşaraq, qonaqlara atəş açıblar. Gülləbarandan sonra cinayətkarlar hadisə yerini tərk ediblər. Hüquq-mühafizə orqanları heç kimi saxlaya bilməyiblər.

ABŞ-ın Texas ştatı ilə həmsərhəd Syudad-Xuares şəhəri son illər narkotik ticarəti ilə məşğul olan cinayətkar qruplar arasında ziddiyyətlərlə məşhurdur. 2008-ci ilin əvvəlindən bu şəhərdə 6 800 nəfər öldürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar