Meksikada quş qripi yayılır
05 Mart 2013 Çərşənbə Axşamı 08:41
Virusun qarşısının alınması üçün 12 ştatda 200 milyondan çox quşa peyvənd vurulacaq.
Meksikada quş qripinin yayılması təhlükəsi yaranıb. Xalisko və Quanaxuato ştatlarının fermalarındakı quşlarda H7N3 virusu aşkar edildikdən sonra 3 milyondan çox quş məhv edilib.
Meksika hökuməti quş qripinin yayılma coğrafiyasının genişlənməsinin qarşısını almaq üçün təcili tədbirlərə əl atıb. Bu məqsədlə ölkənin 12 ştatında fermalarda 200 milyondan çox quşa peyvənd vurulmasına başlanılıb.
DOSTLARINLA PAYLAŞ: