Meksikada partlayış baş verib
02 Oktyabr 2013 Çərşənbə 06:06
Meksikada partlayış baş verib. Hadise neft şirketinin zavodunda qeyde alınıb.
Meksikanın neft nəhənglərindən birində partlayış baş verib. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, hadisə paytaxt Mexiko yaxınlığında yerləşən Tula şəhərində "Pemex" şirkətinin müəssisəsində qeydə alınıb.
Katalizatorlardakı planlaşdırma zamanı baş verən hadisə nəticəsində zavodun işi dayandırılmayıb. Partlayışa kimyəvi məhlul sızıntısının səbəb olduğu iddia edilir.
Məlumata görə, partlayış bir nəfərin ölümü,6 nəfərin isə yaralanması ilə nəticələnib.
Xatırladaq ki, yanvar ayında "Pemex"ın paytaxtdakı əsas binasının korpuslarının birində zirzəmidə qaz sızması nətticəsində partlayışı baş vermiş və 37 nəfər ölmüş, 120 nəfər yaralanmış, binaya isə ciddi ziyan dəymişdi.
DOSTLARINLA PAYLAŞ: