Meksikada neft yeyən mikrob kəşf edilib
25 Avqust 2010 Çərşənbə 18:25
Meksikada neft yeyən mikrob kəşf edilib. Təbiət özü-özünü bərpa edir.
Meksika körfəzində “bp” şirkətinə məxsus neft platformasında baş verən qəzadan sonra suda neft yeyən mikrob kəşf olunub. Yeni mikrob elm adamları tərəfindən okean və körfəz sularına yayılan milyonlarla barrel xam neftlə bağlı suyun dərinliklərində aparılan araşdırmalar nəticəsində tapılıb.

Bu yeni mikrob növünün məlum olan digər neft yeyən bakteriyalara nisbətən sudakı oksigeni daha az istifadə etdiyi məlum olub. Bu mikrob qısa zamanda Manhettan böyüklüyündəki ərazidə olan neft ləkəsini yeyə bilər.

25 may-2 iyun tarixlərində dənizin dərinliklərində 17 müxtəlif yerdən götürülən 200 nümunə nəticəsində müəyyən olunan mikrobun əvvəlcə dənizdə xeyli miqdarda oksigeni istifadə edərək “ölü zona” yaradacağı ehtimal edilsə də, sonradan bu ehtimal özünü doğrultmayıb.

Araşdırma nəticəsində Meksika körfəzində suda oksigen miqdarının 67 faiz, neftlə çirklənmiş ərazilərdə isə 59 faiz olduğu müəyyənləşib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar