Meksikada məmurları aparan təyyarə qəzaya uğradı: 5 ölü
08 İyul 2010 Cümə Axşamı 01:55
Uçuş zamanı yanmağa başlayan təyyarə ölkənin şimalında yerə çırpılıb.
Meksikanın ştatlarından birinin yüksək vəzifəli məmurlarını aparan kiçik təyyarə uçuş zamanı yanıb. Təyyarə ölkənin şimalında yerə dəyib. Nəticədə 5 nəfər həlak olub.
Yerli hökumətin məlkmatına görə, insident Koauila ştatında baş verib. Faciəyə altıyerlik təyyarənin mühərrikindəki mexaniki nasazlığın səbəb olduğu bildirilir. Təyyarənin göyərtəsində Oratsio ştatın ictimai işlər naziri Oratsio del Boske, Pyedras-Neqras şəhərinin meri Xose Manuel Maldonado, mülki müdafiə orqanlırının nüayəndəsi, eləcə də fotoqraf və pilot olub. Onların heç biri qəzadan sağ çıxmayıb.
Koauila ştatının təhsil naziri Viktor Samora bildiib ki, təyyarənin düşməsinə kriminal qruplaşmalar və narkotik kartellərinin açdığı atəşin səbəb olmadığı artıq məlumdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: