Meksikada güclü zəlzələ oldu
22 Sentyabr 2013 Bazar 04:30
Yeraltı təkanların gücü 5,4 balla ölçülüb.
Meksikanın şimalındakı Çiuaua ştatında 5,4 bal gücündə zəlzələ olub. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. .

Milli seysmoloji xidmətin məlumatına görə, yeraltı təkanların episentri Delisias şəhərindən 54 km cənub-qərbdə, 3 km dərinlikdə qeydə alınıb.

Zəlzələdən bir qədər sonra 4,9 bal gücündə yeni təkan qeydə alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar