Meksikada dövlət qulluqçuları həbs olunub
27 May 2009 Çərşənbə 13:00
Onlar narkobizneslə və mütəşəkkil cinayətkarlıqla əlaqəsi olmaqda günahlandırılırlar

Meksikada 10 şəhərin meri də daxil olmaqla, 20-dən çox dövlət qulluqçusu və bir neçə polis işçisi həbs olunub. Onlar narkobizneslə və mütəşəkkil cinayətkarlıqla əlaqəsi olmaqda günahlandırılırlar. "Gazeta.ru-nun məlumatına görə, həbs Miçoakan ştatınında aparılıb.
Həmin şəxslərin narkobiznesdə əlaqələri olması məsələsi 6 ay araşdırılıb. Əməliyyat o qədər ciddi aparılıb ki, ştatın qubernatorun da məsələdən xəbəri olmayıb. / ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar