Meksikada dinozavr qalıqları aşkarlandı
24 İyul 2013 Çərşənbə 08:54
Paleontoloqlar ölmüş dinozavrın 12 metr boyunda olduğunu və 72 milyon il əvvəl yaşadığını iddia edir.
Meksikada yerli paleontoloqlar nəsli kəsilmiş dinazavra məxsus olduğu güman olunan 50-ə yaxın fəqərə sümüyü aşkar edib. Milli Antropologiya və Tarix İnstitutu Kahuila ştatında tapılmış həmin sümüklərin dinazavrın quyruğu olduğu fikrindədir.
Quyruq 5 metr uzunluqdadır və struktur baxımından hodrazavr və ördəkburun dinazavrın sonluğuna bənzəyir. Bununla belə hələlik, qalıqların hansı növə aid olduğu hələlik dəqiq bəlli deyil. Tədqiqat qrupunun üzvü Rene Riveyra bildirib ki, dinazavr quyruğunun dünyada aşkarlandığı yerlərin sayı olduqca məhduddur və bu baxımdan tapıntının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
İlkin araşdırmalara görə, aşkarlanmış qalıqlar 12 metr boyu olan və 72 milyon il əvvəl yaşamış dinozavr növünə mənsub olub. Texasla həmsərhəd olan ştatın Kepeda bələdiyəsi ərazisində 20 günlük qazıntı işlərindən sonra aşkarlanmış fəqərə sümüklərindən başqa, bir neçə bud sümükləri də üzə çıxıb.
DOSTLARINLA PAYLAŞ: