Meksikada daha bir mer güllələndi
14 Yanvar 2011 Cümə 02:55
Santyaqo-Komaltepek şəhərinin meri ştat paytaxtına səfəri zamanı qətlə yetirilib.
Ötən gün Meksikanın cənubundakı Oahaka ştatının Santyaqo-Komaltepek şəhərinin meri qətlə yetirilib. Bu, Meksikada ikinci şəhər rəhbərinin qətlidir.
Oahaka prokurorluğunun məlumatına görə, şəhər meri Luis Ximenes Mata ştatın paytaxtına səfəri zamanı naməlum şəxslər tərəfindən güllələnib. Qətlin motivi məlum deyil.
Artıq on ildir ki, Santyaqo0komaltepek şəhərinin rəhbərliyi qonşu şəhərlərdən biri ilə torpaq mübahisəsini həll edə bilər. Torpaq mübahisəsi nəticəsində yaranan münaqişədə onlarla adam ölüb.
Yanvarın 11-də naməlum şəxslər Temoak şəhərinin (ölkənin mərkəzindəki Morelos ştatı) qətlə üetirmişdilər. O, arvadı, övladları və iki cancüdəni ilə maşınla evə qayıdırmış. Yerli hökumət hesab edir ki, qətli yerli karkotik mafiyası bandalarından biri təşkil edib.
2010-cu il ərzində Meksikada, xüsusilə, onun şimal hissəsində onlarla şəhər meri qətlə yetirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: