Meksikada Barbara tropik fırtınası başladı
29 May 2013 Çərşənbə 08:30
Ölkədə fırtına xəbərdarlığı edilib.
Sakit okeanın şərq hissəsində, Meksika sahillərində “Barbara” tropik fırtınası başlayıb. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, hazırda “Barbara” Meksikanın Salina-Krus şəhərindən 233 kilometr cənub-şərqdə yerləşir. Hələlik siklon bir nöqtədə olsa da, yaxın vaxtdarda şimal istiqamətində hərəkətə başlayacan və sutkalar ərzində sahilə çata bilər. Meksikanın bir sıra rayonlarında fırtına xəbərdarlığı edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar