Meksika höküməti A H1 N1 virusunun təhlükəlilik dərəcəsinin azaldılması barədə qərar qəbul edib. Paytax Mexikoda məktəblər, barlar, diskotekalar, rəqs salonları, stadionlar, kinoteatrlar işini bərpa edib. Bundan əlavə Meksika kurortları və arxeoloji zonaları yenidən turistlər üçün açıq elan edilib. Gələn həftənin sonu isə hökümət vətəndaşlara idman yarışlarını tribunadan izləməyə icazə verəcək. Ekspertlər müxtəlif ticarət şirkətlərinin də işinin bərpa edilməsi barədə qərar qəbul edib. Səhiyyə idarəsinin rəhbəri Armando Auedanın sözlərinə görə qərar sanitar-epidimoloji vəziyyətə əsasən çıxarılıb. Qeyd edək ki, 2 gün öncə müxtəlif dövlət təşkilatlarından olan ekspertlər bir araya gələrək paytaxt Mexikodakı vəziyyəti araşdırıblar. Məhz bu görüşün nəticəsi olaraq şəhərin normal həyat şəraitinə qaytarılması barədə qəbul edilib. /ANS TV/