Meksikada 148 məhkum həbsxanadan qaçdı
18 Dekabr 2010 Şənbə 01:10
Qaçanların əksəriyyəti narkotiklərin yayılması ittihamı ilə məhkum edilənlərdir
Meksikanın ABŞ-la sərhəddə yerləşən cəzaçəkmə müəssisəsindən 148 məhkum qaçıb. Bu barədə məlumatı yerli KİV yayıb. “El Norte” qəzetinin məlumatına görə, hadisə Nuevo Laredodakı həbsxanada baş verib.

İlkin məlumatlara görə, cəzaçəkmə müəssisindən qaçanların əksəriyyəti narkotiklərin yayılması ittihamı ilə məhkum edilənlərdir.

Qeyd edək ki, bu, Meksikada son aylar ərzində ilk analoji hadisə deyil. Belə ki, sentyabrda Reynos şəhərindəki həbsxanadan 85 məhkum qaçmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar