Meksika Reymond qasırğası ilə üz-üzə
22 Oktyabr 2013 Çərşənbə Axşamı 10:29
Meksika Reymond qasırğası ilə üz-üzə. Qasırğa Sakit okean sahillərində daşqına səbəb olub.
Ötən ay «Manuel» qasırğasından zərər çəkmiş Meksikanın Sakit okean sahilləri indi də «Reymond» qasırğası ilə üzləşib. Qasırğanın mərkəzində küləyin sürəti saatda 192 kilometrə çatır. 3-cü kateqoriyaya qədər güclənmiş qasırğa regionda leysan yağışlarına və daşqına səbəb olub.

Daşqın baş vermiş bölgələrdən sakinlərin evakuasiyasına başlanılıb. Artıq 10 min adamın öz evlərini tərk etdiyi bildirilir.

Sinoptiklərin məlumatına görə, əgər «Reymond» qasırğası Meksikanın Sakit okean sahillərində çox qalarsa, bölgədə güclü daşqın və torpaq sürüşmələri baş verə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar