Meksika körfəzində növbəti qəza: yeni neft axını başlayıb
28 İyul 2010 Çərşənbə 02:45
Yedək gəmisi istifadə olunmayan neft quyusunun qurğusu ilə toqquşub.
Meksika körfəzində yedək gəmisinin istifadə olunmayan neft quyusunun qurğusu ilə toqquşması nəticəsində yeni neft axını başlayıb. Hadisə Mad-Ley gölündə,ekoloji fəlakət bölgəsindən şimalda baş verib.
ABŞ Sahil Mühafizə Xidmətinin nümayəndələri bildiriblər ki, hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün iş aparılır. Xüsusilə, neft axınının baş verdiyi ərazidə neft ləkəsinin yayılmasının qarşısını almaq məqsədilə tədbirlər görülür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: