Meksika daxili işlər naziri aviaqəzada həlak oldu
12 Noyabr 2011 Şənbə 00:55
Qəzada nazirdən başqa altı nəfər də ölüb.
Meksikanın paytaxtı Mexikoda helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində olanların hamısı, o cümlədən, daxili işlər naziri Bleyk Mora həlak olublar. Faktı hökumətin nümayəndəsi təsdiqləyib.

Helikopter Mexikodan qonşuluqdakı Morelos ştatına uçurmuş. Orada ştat prokurorlarının görüşü keçirilməliydi.

Bleyk Mora 2010-cu ilin iyulunda daxili işlər naziri təyin edilib.

Qəza nəticəsində nazirdən başqa altı nəfər, o cümlədən, daxili işlər nazirinin müavini Felipe Samora da həlak olub.

Meksika KİV-inin məlumatına görə, helikopter Meksika hərbi hava qüvvələrinə məxsus olub. Qəzanın səbəbləri məlum deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar