Meksika daha bir rekorda ev sahibliyi etdi
04 Dekabr 2011 Bazar 13:58
2408 adam eyin anda Ayı teleskopla izləyib.
Meksikada daha bir dünya rekordu qeydə alınıb. Ölkədə "eyni anda Ayı teleskopla izləyən ən çox insan" rekordu ilə Ginnes Rekordlar Kitabına düşüb. Ölkənin 40-dan çox yaşayış məntəqəsində həvəskar astronomlar bir araya gələrək, 15 dəqiqə ərzində Yer kürəsinin təbii peykinə teleskop vasitəsilə tamaşa ediblər.

Ginnes Dünya Rekordlarının nümayəndəsi Yohanna Heslinqin bildirdiyinə görə, rekordun qeydə alınmasında 2408 nəfər iştirak edib. Bu rəqəm isə ötən il elə Meksikada qeydə alınmış rekord göstəricidən çoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar