Meksika hakimiyyəti ABŞ sərhədində yerləşən Çiuaua ştatında hərbi kontingenti artırmaq qərarına gəlib.
BBC-nin məlumatına görə, daha öncə bu ştata 5 min hərbi qulluqçu göndərilib, indi isə əsgəri kontingent daha 1,5 min adam artırılacaq. Mexikonun bu qərarı bölgədə zorakılığın və narkoticarətinə səviyyəsinin artması ilə bağlıdır.
Son il yarımda Meksikada narkotacirlərlə toqquşma nəticəsində 10 mindən çox adam öldürülüb. /ANS PRESS/