Məkkə və Mədinədə təhlükəsizlik tədbirləri gücləndirilib
13 Noyabr 2010 Şənbə 06:35
Bu məqsədlə Məkkə və Mədinədə təhlükəsizlik əməkdaşlarının sayı 100 minə çatdırılıb.
Səudiyə Ərəbistanı dövlət rəsmiləri müsəlmanların müqəddəs şəhəri Məkkə və Mədinəyə zəvvarların gəlməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə artırıb. Qeyd edək ki, təhlükəsizlik əməkdaşlarının sayı 100 minə çatdırılıb.
Xatırladaq ki, həcc ziyarəti bazar ertəsindən etibarən başlayacaq və bir neçə gün davam edəcək. Ölkənin Daxili İşlər Naziri şahzadə Nayef “Əl Qaidə” terror təşkilatının yeni hücumları olacağı ilə əlaqədar olaraq ölkədə gücləndirilmiş tədbirlər həyata keçirir. Şahzadə bu təhlükələrin olması ilə bağlı olaraq dəqqiq kəşfiyyat məlumatlarının olmasını deməyib, amma krallığın bütün təhlükələrə cavab vermək üçün imkanlara malik olduğunu vurğulayıb. Onun sözlərinə görə dövlət rəsmiləri zəvvarların təhlükəsizliyinin təmin etmək üçün ayıq hərəkət edir və onların təhlükəsizliyinin yerlərdə təmin etmək üçün lazımi planları var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: