Məhşur teleaparıcı Mehmet Ali Erbil barədə məhkəmə iddiası qaldırılıb
09 Oktyabr 2010 Şənbə 04:50
Baş prokuror aparıcı Mehmet Ali Erbilin 6 aydan 1 ilə qədər həbsini tələb edəcək.
Türkiyənin məhşur şoumeni və teleaparıcısı Mehmet Əli Erbil barəsində məhkəmə iddiası qaldırılıb. Ərzincan baş prokuroru İlhan Cihaner Erbil barəsində Cinayət Məcəlləsinin 216/2 maddəsi (xalqın bir qismini ictimai, sinfi, irqi, dini, məzhəbi, cinsi fərqliliyinə əsaslanaraq ləyaqətini alçaltmaq) ilə məhkəmə iddiası qaldırıb. Baş prokuror aparıcının 6 aydan 1 ilə qədər həbsini tələb edəcək.
Mehmet Əli Erbil aparıcısı olduğu “Çarxifələk” tele-şousunun 6 oktyabr tarixli buraxılışında Ərzincan şəhəri ilə birbaşa telefon əlaqəsi vaxtı “Onlar mum söndü mü oynayır” demiş və onun bu sözləri başda ələvilər olmaqla bir çox ölkə vətəndaşının etirazı ilə qarşılanmışdı. M. Ə. Erbilin ictimaiyyətdən üzr istəməsi isə ölkə vətəndaşlarının hiddətini söndürməmişdi.
Qeyd edək ki, telekanal rəhbərliyi hal-hazırda şounun yayımını dayandırıb.
Xatırladaq ki, 1995-ci ildə Türkiyə kanallarından birində “Turnikə” adlı yarış şousunun aparıcısı Güner Ümid tamaşaçılardan birinə “sən qızılbaşsan?” demiş, oxşar reaksiyalarla onun da proqramına qadağa qoyulmuşdu. Qeyd edək ki, Günər Ümid o tarixdən bəri iş tapa bilməyib və iaşəsini sadəcə dövlətdən aldığı pensiya ilə təmin edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: