Məhmət Əli Şahindən erməni soyqırımına etiraz
29 Mart 2011 Çərşənbə Axşamı 22:54
TBMM sədri qondarma soyqırım iddialarının siyasi alətə çevrilməsinə etirazını bildirib
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Məhmət Əli Şahin Fransa Senatında Avropa İttifaqı üzrə komissiyanın sədri Jan Bizetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə qondarma “erməni soyqırımı” iddialarının siyasi alətə çevrilməsinə etirazını bildirib. M. Ə. Şahin deyib ki, Fransa parlamentinin sədri Bernard Akkuver də qanunverici orqanların vəzifələrinin tarixi hadisələri mühakimə etmək üzrə qanunların qəbul olunması olmadığını bildirib. Onun bu mülahizələri buraxılmış bir səhvin düzəldilməsi ilə bağlıdır.
Belə ki, Fransa parlamenti 2001-ci ildə qondarma “erməni soyqırımı” iddialarını tanıyan qanun layihəsini qəbul edib və bundan sonra Türkiyə-Fransa münasibətlərində gərginlik yaranıb. Bundan başqa, fransız parlamentarilər 2006-cı ildə saxta erməni iddiaları ilə bağlı iki qanun layihəsini Senata təqdim edib, lakin senatorlar onları rədd ediblər.
Bu konstruktiv addıma görə fransız senatorlara təşəkkürünü bildirən Məhmət Əli Şahin əlavə edib ki, ermənilərin iddiaları tarixçilərin araşdırma mövzusu olan bir məsələdir. Ermənistanla Türkiyə arasında Sürixdə imzalanmış protokollarda da məsələ ilə bağlı tarixçi alimlərdən ibarət komissiya yaradılması nəzərdə tutulurdu.
DOSTLARINLA PAYLAŞ: