Mehmet Əli Erbil teleməkana geri qayıdır
27 Noyabr 2010 Şənbə 06:05
Erbil yanvar ayından etibarən yeni bir şou proqramı ilə “TNT” kanalında işləməyə başlayacaq
Türkiyənin məhşur şoumeni və tele-aparıcısı, etdiyi ağır zarafata görə daha əvvəl “Star” telekanalından qovulan Mehmet Əli Erbil işləmək üçün yeni kanal tapıb. Məlumata görə, M. Ə. Erbil yanvar ayından etibarən yeni bir şou proqramı ilə “TNT” kanalında işləməyə başlayacaq.
Qeyd edək ki, “TNT”, “D” və “Star” kanallarının sahibi olan “Doğan” media qurumu ilə “Turner” Radio-televiziya yayımları şirkətinin kanalıdır.
Xatırladaq ki, Mehmet Əli Erbil aparıcısı olduğu “Çarxifələk” tele-şousunun 6 oktyabr tarixli buraxılışında Ərzincan şəhəri ilə birbaşa telefon əlaqəsi vaxtı “Onlar mum söndü mü oynayır” demiş və onun bu sözləri başda ələvilər olmaqla bir çox ölkə vətəndaşının etirazı ilə qarşılanmışdı. M. Ə. Erbilin ictimaiyyətdən üzr istəməsi isə ölkə vətəndaşlarının hiddətini söndürməmişdi.
DOSTLARINLA PAYLAŞ: