Mehmet Əli Ağca dünyaya xristianlığı təbliğ edəcək
11 Yanvar 2010 Bazar Ertəsi 03:25
Gələn həftə həbsxanadan çıxmağa hazırlaşan Mehmet Əli Ağca mükəmməl “İncil” yazacağını və heç Vatikanın da başa düşmədiyi şəkildə bütün dünyaya xristianlığı elan edəcəyini deyib.
Ağca bu barədə İngiltərədə nəşr olunan “The Sunday Times” qəzetinə yazdığı məktubda bildirib. Qəzetin məlumatına görə özünü ruhi və fiziki baxımdan sağlam hesab edən M. Ə. Ağca telekanallardan birinə verəcəyi müsahibə üçün 2 milyon, yazılacaq iki kitab üçün isə 5 milyon dollar tələb edib.
Qeyd edək ki, 1981-ci ildə Mehmet Əli Ağcanın papa İohan Pavelə qarşı uğursuz sui-qəsd cəhdi olmuşdu. Papa tərəfindən bağışlanan Ağca 13 may 2007-ci ildə xristianlığı qəbul etmişdi.
Vəkilinin verdiyi məlumat görə isə Ağca yanvarın 18-də həbsdən buraxılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: