Mehmet Əli Ağca bu gün həbsdən çıxacaq
18 Yanvar 2010 Bazar Ertəsi 06:25
Mehmet Əli Ağca, vaxtı ilə hərbi xidmətə yararlı olmadığına dair arayış aldığı üçün əsgərlikdə olmayıb.
Roma papası 2-ci İohan Pavelə qarşı sui-qəsd cəhdi və Türkiyənin məşhur jurnalistlərindən biri olan Abdi Ipəkçinin öldürülməsinə görə üst-üstə 30 il həbsdə olan Mehmet Əli Ağca bu gün azaldığa çıxır. Məlumata görə, 52 yaşlı Ağca film və kitab layihələri ilə bağlı dəyəri bir neçə milyon dollarla ölçülən təkliflər alıb. Lakin son məlumatlara görə, bu layihələrin həyata keçirilməsi üçün Mehmet Ali Ağca ilk növbədə hərbi xidmətlə bağlı problemlərini həll etməlidir. Ağcanın doğulduğu yer olan Malatyanın hərbi çağırış şöbəsi, onun azaldığa buraxılarkən həmin şöbəyə göndərilməsini tələb edib. Ağca, vaxtı ilə hərbi xidmətə yararlı olmadığına dair arayış aldığı üçün əsgərlikdə olmayıb. Həmin arayış müdafiə nazirliyinin müvafiq sturkturu tərəfindən təsdiq edilmədiyi üçün Ağca Ankaradakı Gülhanə hərbi tibb akademiyasında (GATA) müayinə edilməlidir. Ağcanın hərbi xərbi xidmətə doğrudan da yararlı olub-olmadığı araşdırılacaq.

Mehmet Ali Ağcanın vəkili Hacı Əli Özhan Ankarada təşkil etdiyi mətbuat konfransında bildirdi ki, adıçəkilən müayinəyə qarşıdır və Ağcanın xəstəxanaya aparılmadan çağırış şöbəsindən azaldığa buraxılmasına çalışacaq. O, qeyd etdi ki, Ağca hərbi xidmətdən boyun qaçırmır, lakin dini inancları və fəlsəfi dəyərlərinə zidd olduğu üçün əlinə silah ala bilməz və əsgərliyə gedərsə əlində silah olan minlərcə insan arasında prolemlərlə qarşılaşa bilər. Vəkilin sözlərinə görə, əsgərlik məsələsi uzun illərdir azaldığa çıxacağı günü gözləyən Ağcanı şoka salıb. Son günləlrdə xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinin Ağcanın doğulduğu Malatyaya axın etdiyi, onun ailə üzvləri ilə görüşməyə çalışdığı bildirilir. Lakin Ağcanın yaxınlarının evdən köçdüyü və yeni yerlərinin isə gizli saxlandığı qeyd edilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar