Mehmet Baransu polis tərəfindən saxlanılıb
09 Avqust 2014 Şənbə 06:17
Bir çox qalmaqallı və məxfi məlumatların müəllifi olan “Taraf” qəzetinin müxbiri Mehmet Baransu polis tərəfindən saxlanılıb.
Türkiyənin tanınmış jurnalisti, bir çox qalmaqallı və məxfi məlumatların müəllifi olan “Taraf” qəzetinin müxbiri Mehmet Baransu polis tərəfindən saxlanılıb. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı Baransu sosial şəbəkədəki səhifəsind yayıb.

Barəsində axtarış qərarı olan Baransu tvitter səhifəsində saxlanıldığını yazıb:

“Saxlanıldın. Polis tərəfindən təzyiqə məruz qaldım. Çağlayandayam”. (Çağlayan – İstanbulda Ədliyyə binasının olduğu məhəllə)

“Sabah” qəzeti xəbəralma xidmətinin rəhbəri Nazif Karaman isə tvitter səhifəsində Baransunun məhz Ədliyyə binasınn qarşısında saxlanıldığını yazıb.

“Mehmet Baransu barəsində yaxalanma qərarı vardı. Ədliyyə binası önünə gələcəyi təqdirdə saxlanılması üçün tədbir görülmüşdü. Gəldi və saxlanıldı”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar