Məhkumun azyaşlı qızı nəzarətçinin seksual hücumuna məruz qaldı
29 Yanvar 2013 Çərşənbə Axşamı 04:36
13 yaşlı qızın anası polisə müraciət edərək nəzarətçidən şikayətçi olub.
Türkiyədə anası ilə birlikdə həbsxanada olan atasını görməyə gedən 13 yaşlı qız nəzarətçinin seksual xarakterli hücumuna məruz qalıb. Yerli mətbuatın xəbərinə görə, hadisə İzmir vilayətinin Berqama rayonundakı həbsxanada baş verib. Məlumata görə, polisə müraciət edən O.G.S. adlı qadın həyat yoldaşını görmək üçün getdiyi həbsxanada meydana gələnləri bildirərək nəzarətçidən şikayətçi olub.

Qeyd edək ki, polisin psixoloqun müşayiəti ilə ifadəsini aldığı 13 yaşlı E.S. başına gələnlər barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Polis tərəfindən saxlanılan nəzarətçi B.İ. isə ittihamları qəbul etməyib. Məhkəməyə çıxarılan nəzarətçi barəsində həbs-qətimkan tədbiri seçilməsə də istintaq prosesi davam edir. Bundan başqa həbsxana idarəsi də onun barəsində inzibati istintaq başladıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar