Məhkəməyə silahlı basqın olub
07 Aprel 2009 Çərşənbə Axşamı 15:05
60 yaşlı basqınçı məhkəmə salonunuda intihar edib

Almaniyanın Bavariya vilayətindəki məhkəmələrdən birinin binasına silahlı basqın olub. Silahlı şəxs Landshud Əyalət məhkəməsinin salonlarından birinə girib. Atışma nəticəsində ilkin məlumata görə, iki nəfər ölüb. Onlardan birinin 60 yaşlı basqınçı olduğu və onun salonda intihar etdiyi bildirilir.
Hazırda məhkəmə binası boşaldılır. Hadisənin təfərrüatları bəlli deyil. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar