Məhkəmə Silvio Berluskoninin diplomatik toxunulmazolığını qismən ləğv etdi
14 Yanvar 2011 Cümə 02:10
Baş nazirin Silvio Berluskoni toxunulmazlığı hər kəsin qanun qarşısında bərabərliyinə zidd hesab olunub.
İtaliya Ali Məhkəməsinin üzvləri ölkənin baş naziri Silvion Berluskoninin diplomatik toxunulmazlığını qismən ləğv ediblər. Bu toxunulmazlıq baş nazir barəsində Milanda korrupsiya və vergi ödəməkdən yayınmaqla bağlı elan edilmiş ittihamlar əsasında cinayət işlərinin bərpasına imkan vermirdi. Məhkəmə qərar qəbul edib ki, baş nazirin toxunulmazlığı hər kəsin qanun qarşısında bərabərliyi ilə bağlı Konstitusiya qanununa ziddir.
Yerli KİV-in məlumatına görə, ali məhkəmə insansiyasının 15 üzvünün mövqeyi təxminən yarıbayarı haçalanıb. Ona görə də onlar kompromisə gəliblər ki, hakimlərə toxunulmazlığa riayət edib-etməməklə bağlı fərdi şəkildə qərar qəbul etmək hüququ verilsin. Silvio Berzuskoninin özü isə məhkəmənin qərarı “gülünc” adlandırıb. O, bəyan edib ki, bu qərar hökumətdəki sabitliyə təsir etməyəcək.
Xatırladaq ki, Silvio Berluskoni ilə bağlı ilk ittiham 1990-cı ilə britaniyalı vəkil Devid Millzanın ələ alınması ilə bağlıdır. Vəkil baş nazirin maraqları nainə məhkəmədə yalan danışıb. 2009-cu ildə vəkil 600 min dollar rüşvət almaqda təqsirli bilinsə də, üzərindən çox vaxt keçməsi səbəbindən hökm ləğv edilib. İkinci cinayət işi baş nazirə məxsus “Mediaset” media imperiyası üçün televiziya hüquqlarının əldə edilməsi zamanı vergilərin ödənilməməsi ilə balıdır. Lakin hökumət başçısının diplomatik toxunulmazlığı ilə əlaqədar hər iki iş 18 ay müddətinə təxirə salınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: