Rusiyada bir ata 100 min rubl uşaq alimenti borcu olduğu üçün məhkəmə salonunda benzin tökərək özünü yandırıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisəni təhlükəsizlik kameraları qeydə alıb.
Dmitri adlı, 42 yaşlı kişiyə dərhal müdaxilə edilib. Məhkəmə işçiləri binadakı yanğınsöndürmə balonları ilə müdaxilə ediblər. Dmitrini xilas etmək mümkün olub, ancaq onun bədənində yanıqlar meydana gəlib.