Məhkəmə Hırant Dink barədə qərarını açıqladı
18 Yanvar 2012 Çərşənbə 02:28
Məhkəmə Yasin Hayal barəsində ömürlük həbs cəzasına qərar verib.
Türkiyəli erməni juurnalist Hırant Dink cinayətinə dair məhkəmə prosesi başa çatıb. İstanbul 14 saylı ağır cinayətlərə dair məhkəmə heyəti mühakimə olunan 19 şübhəlidən Yasin Hayal barəsində CM-nin “planlaşdıraraq cinayətə sövq etdirmək” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına qərar verib.
Digər şübhəlilərin silahlı terror təşkilatına üzv olmadığına qərar verən məhkəmə Erhan Tuncelin “Mc Donald's”da törədilən partlayışda əli olmasını irəli sürərək 10 il 6 ay həbsini qərarlaşdırıb. Tucelə Dink cinayəti ilə bağlı cəza verilməyib. Qeyd edək ki, həbsdə qaldığı müddət diqqətə alınan E. Tuncel azadlığa buraxılıb.
Yasin Hayal Mövlana, Dostayevski və Çe Qevaradan sitatlar verərək qərara etirazını bildirib. “İndiyə qədər özümü müdafiə etmədən cinayəti olduğu kimi danışdım və susdum. Susmaq onların dili ilə danışmamaqdır. Həqiqi inqlabçı dünyada olan bütün haqsızlıqları mənliyində hissedən insandır. Cinayətkarı qazıyın altından insan çıxacaq”.
Yasin Hayalın atası Bəhaddin Hayal qərara etirazını bildirib və Appelyasiyaya gedəcəklərini deyib. “Mənim oğlu Öcalan deyil, amma eyni cəza verilib. Sarkozi prokuror, Sarkisyan hakim olsaydı belə qərar verməzdilər. Başqa sözüm yoxdur”.
Hırant Dinkin yaxınları isə şübhəlilərin üzərindən “silahlı terror təşkilatına üzv olmaq” iddiasının qaldırılmasına etirazlarını bildiriblər. Ailənin vəkili Fethiyə Çətin prosesin bitmədiyini deyib: “Belə bir qərar gözləmirdik. Amma bu məhkəmə bitmədi. Bitən bir komediyadır”.
Prokuror da məhkəmənin verdiyi cəzanın yumşaq olduğunu bəyan edib və qərardan şikayət verəcəklərini bildirib.
DOSTLARINLA PAYLAŞ: