Məhkəmə həmkarlar ittifaqı sədrinə ağac əkmə cəzası verdi
28 İyun 2010 Bazar Ertəsi 04:05
Qərar sədr Mahmud Alparslan mətbuat vasitəsilə etdiyi təhqirə görə qaldırılan iddianın nəticəsində verilib.
Türkiyədə məhkəmə “Türk Eğitim-Sen” həmkarlar ittifaqının Çorum vilayəti şöbəsinin sədri barəsində 50 ağac əkmək və 3 ay bu ağaclara qulluq etmək cəzası verdi. Məlumata görə, qərar sədr Mahmud Alparslan mətbuat vasitəsilə etdiyi təhqirə görə qaldırılan iddianın nəticəsində verilib.
Qeyd edək ki, Mahmud Alparslan şəhər şurasının iclasında həmkarlar ittifaqı üzvlərindən birinə “Layiq olmadığı vəzifədə həyasızlıqla oturan parazitlər” dediyi üçün onun barəsində məhkəmə iddiası qaldırılmışdı.
Bundan başqa məhkəmə Mahmud Alparslanın 740 lirə (376 manat) cərimə olunmasını da qərarlaşdırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: