Məhkəmə hakimi intihar edib
01 Mart 2010 Bazar Ertəsi 19:30
Alman hakimin cəsədi asılı vəziyyətdə tapılıb
Almaniyanın Nürnberq əyalət məhkəməsində 47 yaşlı bir hakim intihar edib.
Məhkmə rəsmilərinin açıqlamasına görə, hakimin cəsədi məhkəmə binasının mərtəbələri arasındakı nərdivan boşluğunda aşkar olunub.
Həmin gün məhkəməyə çox gec gələn hakimin başlamalı olan prosesə də getməməsi məhkəmə işçilərini təccübləndirib. Telefon zənglərinə də cavab verməyən hakimin cəsədi isə təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən asılı vəziyyətdə aşkar olunub.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: