Məhəmməd peyğəmbəri təhqir edən rəssamı döydülər
12 May 2010 Çərşənbə 03:10
Lars Vilksə universitetdəki mühazirəsi zamanı hücum olub.
Məhəmməd peyğəmbəri (ə.s.) təhqir edən isveçl rəssam-karikaturaçı Lars Vilksə hücum olub. İnsident onun Uaasala universitetindəki mühazirəsi zamanı baş verib. Lars Vilksin başından vurublar.

Polisin məlumatına görə, mühafizərinin əvvəlində iştirakçılardan beş nəfəri yüksək səslə etiraz bildirməyə başlayıblar. Sonra onlar susublar və mühazirə davam etdirilib. Lars Vilks vuditoriyaya İslam dini və homoseksualizm barədə videofilm nümayiş etdirməyə başlayanda isə təxminən 20 iştirakçı ona hücum edib. Nəticədə müharizə yarımçıq qalıb. Polis dinləyiciləri auditoriyadan çıxarıb. Rəssama hücum edənlərdən 2 nəfəri saxlanılıb.

2007-ci ildə İsvekçin “Nerikes Allehanda” qəzetində Məhəmməd peyğəmbərin (ə.s.) dərcindən sonra Lars Vilks beynəlxalq qalmaqalın mərkəzində olub. Karikatura bəzi müslman ölkələrinin (İran, Misir, Pakistan daxil olmaqla ) hökumətləri, İslam Konfransı Təşkilatı və iveçdəki müsəlman təşkilatları tərəfindən pislənilib. Bu qalmaqaldan sonra rəssam polis mühafizəsi altında yaşayıb. “Əl Qaidə”nin onu öldürənə 150 min dollar mükafat vəd etdiyi də bildirilirdi. Bu il martın 9-da İrlandiya polisi Lars Vilksə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən 7 müsəlmanı həbs edib. Sonradan onlardan 5-i azadlığa buraxılıb. Pensilvaniya sakini, “Cihad Ceyn” kiim tanınan Kollin Larouz isə hələ də həbsdədir. Əgər onun günahı sübut edilsə, Avropa və Cənubi Asiyada terror aktlarının təşkilinə görə ömürlük azadlıqdan məhrum edilə və 1 milyon dollar məbləğində cərimə oluna bilər. Onun rəfiqəsi, Amerika hüquq-mühafizə orqanlarına könüllü təslim olan Ceymi Polin-Ramires də həbsdədir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar