Mehemmed Mursiye qarşı terror
18 Oktyabr 2013 Cümə 10:20
Misirin sabiq prezidenti Mehemmed Mursiye qarşı döyüşçüler qrupu terror aktları planlaşdırıblar.
Misir Ərəb Respublikasının sabiq prezidenti Məhəmməd Musiyə qarşı döyüşçülər terror aktları təşkil ediblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,döyüşçülər qrupunun sabiq prezidentə qarşı planlaşdırdıqları sui-qəsd əməllərini, məhkəmə ərəfəsində həyata keçirəcəkləri üzə çıxıb.
Misir polisinin apardığı əməliyyatlar nəticəsində hakim qarşısında cavab verməyə hazırlaşan sabiq prezident Məhəmməd Mursiyə qarşı təşkil edilən terror aktları zərərsizləşdirilib.
Qeyd edək ki, Məhəmməd Mursinin məhkəmə prosesi 4 noyabr tarixinə nəzərdə tutulub. Sabiq prezident keçən ilin sonunda Qahirədə yerləşən prezident sarayında nümayişçilərin həlak olmasında iştiraka görə ittiham edilir.
DOSTLARINLA PAYLAŞ: