Məhəmməd Mursi işi Qahirə cinayət məhkəməsinə göndərildi
02 Sentyabr 2013 Bazar Ertəsi 10:58
Misirin sabiq prezidenti Məhəmməd Mursi "qətlə çağırış"da ittiham olunur.
Misirdə hərbi çevriliş nəticəsində devrilmiş prezident Məhəmməd Mursi müxalifət tərəfdarı olan nümayişçilərin "öldürülməsinə çağırış" maddəsi ilə mühakimə ediləcək. Bu barədə Misirin dövlət televiziyası xəbər verir.
Misir prokurorluğu Mursinin və "Müsəlman Qardaşlığı" hərəkatının daha 14 üzvünün işini Qahirə cinayət məhkəməsinə göndərib.
Onların hamısı 2012-ci ilin dekabrında 7 nəfərin ölümü ilə nəticələnən iğtişaşlarla bağlı iş çərçivəsində zorakılığa və qətlə çağırış etməkdə ittiham olunurlar.
DOSTLARINLA PAYLAŞ: