Mehemmed Mursi hebsden azad olunmalıdır
26 Sentyabr 2013 Cümə Axşamı 22:43
Mensuf Merzuki: Misirin yeni hökumetini bütün siyasi mehbusları hebsxanadan buraxmağa çağırıram.
BMT-nin Nyu-Yorkda keçirilən bu günkü konfransında Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin azadlığa buraxılması tələbi irəli sürülüb.

ANS PRESS-in "Ria-Novosti"-yə istinadən verdiyi xəbərə görə, tələbi irəli sürən Tunisin prezidenti Mənsuf Mərzuki, Misirin yeni hökumətinə qarşı sərt ittihamlar səslədirib.

"Misirin yeni hökumətini Məhəmməd Mursi və bütün siyasi məhbusları həbsxanadan buraxmağa çağırıram" - deyən Mərzuki, çıxışının sonunda rəsmi Qahirədən Misirdən Tunisə gedən qaz xəttində yaranan problemin dərhal həll olunmasını tələb edib. O, bildirib ki, Fələstin bölgəsində yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün bu xəttin bərpası çox vacibdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar