Mehemmed Mursi hebs edilib
04 İyul 2013 Cümə Axşamı 10:44
Ordu Mehemmed Mursi ve Müselman qardaşlarının bir neçe üzvünün hebsini tesdiqledi.
Misirdə Ordu nümayəndələri ölkə prezidenti Məhəmməd Mürsinin vəzifədən uzaqlaşdırıldığını, nəzarətdə olduğunu rəsmən təsdiq ediblər. Bu barədə France Press agentliyi məlumat yayıb.

Bundan öncə "Müsəlman qardaşları" Mürsinin Müdafiə Nazirliyinin binasında olduğunu bildiridilər.

Komandanlığın adı açıqlanmayan yüksək rütbəli məmurunun sözlərinə görə, Mursi ona qarşı irəli sürülən ittihamlara uyğun olaraq saxlanılıb. Amma Müdafiə Nazirliyinin nümayəndəsi hər hansı təfərrüat barədə məlumat verməkdən imtina edib.

Artıq "Müsəlman qardaşları"nın ali lideri Məhəmməd Badianın, onun müavini Rəşad əl-Baqyumi və hərakatın bazasında yaradılmış Azadlıq və Ədalət Partiyasının lideri Saad əl-Katatninində saxlandığı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar