Məhəmməd əd-Baradey İrandadır
04 Oktyabr 2009 Bazar 04:10
O Tehranda İranın yeni uran zənginləşdirilməsi zavoduna müfəttişlərin baxış keçirməsini müzakirə edəcək
Beynəlxalq Atom Enerjisi üzrə Agenliyin (BAEA) rəhbəri Məhəmməd əd-Baradey İrana gedib. O Tehranda BAEA müfəttişlərinin İrandakı yeni uran zənginləşdirilməsi zavoduna baxış keçirməsi perspektivlərini müzakirə edəcək. Zavodun mövcudluğu dünya ictimaiyyətinə sentyabrda məlum olub. Bir neçə gün əvvəl Cenevrədə aparıcı dünya ölkələri ilə danışıqlarda İran beynəlxalq müfəttişləri zavoda buraxmağa razılıq verib.
Bu arada isə “New York Times” qəzeti BAEA-nın gizli hesabatı barədə məlumat yayıb. Hesabatda agentliyin analitikləri belə nəticəyə gəliblər ki, İran zənginləşdirilmiş urandan nüvə bombasının yaradılması üçün lazım olan informasiyaya malikdir.
İran isə iddia edir ki, onun nüvə proqramı dinc xarakter daşıyır.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar