Məhəbbət sərhəd tanımır
25 Noyabr 2009 Çərşənbə 23:30
Məhəbbət sərhəd tanımır. "Mançester Yunayted”in futbolçusu "Liverpul"un fanatına vurulub.
İngiltərənin "Mançester Yunayted" klubunun gənc ulduzu Federiko Maşeda “Liverpul”lu azarkeşə vurulub. İngiltərə mətbuatının yaydığı məlumata görə, italiyalı futbolçu "Mançester Yunayted"in əbədi rəqibi olan "Liverpul"un fanatı Sofi Larissa Houqton adlı modeli sevir. Cütlük əvvəlcə internetdə tanış olub, daha sonra isə bir-birlərinə aşiq olub.
Maşedadan 2 yaş böyük olan Sofi də bu xəbəri təsdiqləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: