Mehdi Kərrubi ev həbsinə məhkum edilib
11 Fevral 2011 Cümə 07:25
Misir və Tunisdəki prossesləri dəstəkləmək istəyən İran müxalifəti mitinq keçirmək üçün hakimiyyətdən icazə istəmişdi
İran müxalifətinin liderlərindən olan Mehdi Kərubi ev dustağı edilib. Müxalifətin veb səhifəsi olan “səhmnyus” saytında bildirilir ki, rəsmilər Misir və Tunisdə hökumət əleyhinə nümayişlərlə həmrəylik nümayiş etdirmək üçün yürüşə çağırdığına görə müxalifət liderini ev dustaqlığına məhkum ediblər. Kərrubinin evinin qarşısında dayanan təhlükəsizlik qüvvələri onun ailə üzvlərinin evdən çıxmasına icazə verməyib.

Qeyd edək ki, Mehdi Kərrübi ilə digər müxalifət lideri Mir Hüseyn Musəvi, Misir və Tunisdəki prossesləri dəstəkləmək məqsədilə fevralın 14-də mitinq keçirmək üçün hakimiyyətdən icazə istəsələr də rədd cavabı alıb. İranın baş prokuroru bildirib ki, Kərrubi və digər müxalifət lideri Mir Hüseyn Musəvinin nümayiş keçirmək üçün etdikləri müraciət istədiyi iranlılar arasında parçalanma yaratmaq məqsədi güdür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar