Məhbuslarla əlaqədə olan xadimə uşağının atasını axtarır
29 Dekabr 2009 Çərşənbə Axşamı 21:05
Raluka Dionesku bu məqsədlə 6 dustağa qarşı iddia qaldırıb
Rumıniyada hamilə qadın uşağının atasının müəyyən edilməsi üçün yerli həbsxananın 6 məhbusuna qarşı iddia qaldırıb.
Yansi şəhər əmək-islah müəssisəsinin keçmiş xadiməsi və gələcək ana Raluka Dionesku bildirib ki, onun görüşdüyü cinayətkarlardan hər biri uşağının atası ola bilər.
Onun sözlərinə görə, 24 - 35 yaşlarında olan 6 məhbus qan analizi verməli və DNT testindən keçməlidir.
Dionesku həbsxana sakinləri ilə müəssisənin paltaryuyulan yerində cinsi əlaqədə olduğunu gizlətməyib.
"Mən bəzi kişilərə sadəcə rədd cavabı verə bilmirəm. Onlara cinayətkar gözü ilə baxmamışam və onların işlətdikləri cinayətlər barədə düşünməmişəm. Hazırda mənim bilmək istədiyim yeganə şey onlardan hansının uşağımın atası olmasıdır", - deyə qadın etiraf edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: