Mehbuslar hebsxanadan qaçdılar
12 İyul 2013 Cümə 03:02
İndoneziyada hebsxanadan 200-den çox mehbus qaçıb.
İndoneziyanın Medan şəhərində yerləşən həbsxanadan 200-dən çox məhbus qaçıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, qaçan məhbusların müəyyən edilib saxlanılması üçün əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polisin açıqlamasında artıq 10 nəfərin saxlanıldığı qeyd olunur. Qaçan məhbuslar arasında 12 nəfərin terrorçuluqda şübhəli bilinməsi hüquq-mühafizə orqanların xüsusi narahatçılığa səbəb olub.

Qeyd edək ki, məhbuslar həbsxanada baş vermiş yanğın səbəbindən işıqların sönməsindən istifadə edərək qaçmağa müvəffəq olublar. 400 məhbusa hesablanmış həbsxanada 2000-dək dustaq saxlanıbmış.


DOSTLARINLA PAYLAŞ:

oyunlar