Medvedev Mübarəkə zəng vurub
04 Fevral 2011 Cümə 06:30
Medvedev Mübarəkdən siyasi böhranın sülh yolu ilə və sürətlə həllini tələb edib
Rusiya prezidenti Dimitri Medvedev Misir prezidenti Hüsnü Mübarəkə zəng vurub. Rusiya mətbuatının yaydığı məlumata görə, Medvedev Mübarəkdən siyasi böhranın sülh yolu ilə və sürətlə həllini tələb edib.

Böhranın hüquqi yollarla həl olunmasını arzuladığını deyən Medvedev Rusiya səfirliyi və vətəndaşlarının təhlükəsizliyinin təminat altına alınması üçün göstərilən fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə verdiyi açıqlamada Misirin istiqrarı və bu ölkədə demokratiyanın inkişafı üçün maraqlı olduqlarını bildirib: “Misir Rusiyanın strateji ortağı və Yaxın Şərqin kilid ölkəsidir. O ölkədə baş verənlərə etinasız qala bilmərik. Misirin istiqrarı və demokratik ölkə olmasında biz də maraqlıyıq. Mövcud olan ictimai, iqtisadi və siyasi problemlərin sülh yolu ilə həllini istəyirik”.

Qeyd edək ki, hal-hazırda Misirdə təxminən 75 000 turist, 30 000 yaşayan rus var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar