Medvedev yeni səfirin Ukraynaya səfərini təxirə salıb
11 Avqust 2009 Çərşənbə Axşamı 10:45
Buna gərginləşən Rusiya-Ukrayna münasibətləri səbəb olub

 

Rusiya prezidenti Dmitri Medvedev Ukrayna prezidenti Viktor Yuşşenkoya məktub yazaraq bldirib ki, Ukrayna rəhbərliyinin antirusiya kursu şərtləri daxilində yeni səfirin bu ölkəyə səfəri təxirə salınıb.

“Rusiya-Ukrayna münasibətlərinin real inkişafı nəzərə alınmaqla konkret vaxt sonra bilinəcək”,- deyə Rusiya prezidenitinin məktubunda bildirilir. Məktubun mətni bu gün Kremlin rəsmi saytında yerləşdirilib.

”İkitərəfli münasibətlərdə problemlər əvvəllər də olub. Amma biz sizin prezidentliyiniz dövründə müşahidə etdiyimizi Ukrayna tərəfinin Rusiya ilə dostluq və əməkdaşlıq prinsiplərindən uzaqlaşmasından da başqa heç cür qəbul etmək mümkün deyil”,- deyə Medvedev bildirib.

“Rusiya-Ukrayna münasibətləri sizin administrasiya tərəfindən ümumi tarixin yenidən baxılması, milliyyətçilərin qəhrəmanlaşdırılması, radikal- millətçilərin rolunun təriflənməsi, beynəlxalq ictimaiyyətə 1932-33-cü illərdə SSRİ dövründə baş vermiş kütləvi aclığın “Ukrayna xalqının soyqırımı” kimi qələmə verilməsi nəticəsində sınaqlara məruz qalır. Rus dilinin icitmai həyatdan, elmdən, təhlsildən, mədəniyyətdən və kütləvi informasiya vasitələrindən uzaqlaşdırılması davam edir”, deyə məlumatda bildirilir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar