Medvedev Xəzəryanı ölkələrə səsləndi
17 Avqust 2011 Çərşənbə 22:48
Rusiya prezidentini nərə ovu məsələsi narahat edir
Rusiya prezidenti Dmitri Medvedev Xəzəryanı ölkələrə müraciət edib. Daha doğrusu, o, nərə balığının qorunmasında birgə səy göstərməyə çağırıb.
Nərə ovuna dair moratoriuma riayət edilməsinin vacibliyini önə çəkən Medvedev nərə balıqlarının ehtiyatını artırmaq istiqamətində tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
“Bu məsələ ilə bağlı sahilyanı dövlətlərlə əməkdaşlıq etməliyik. Moratoriuma riayət edilməsinə nail olduqdan sonra balıq ehtiyatının artırılmasına dair kvota üzrə bölgülərə keçə bilərik”, - deyə Medvedev fikrini tamamlayıb.
DOSTLARINLA PAYLAŞ: