Medvedev və Putin yay istirahətlərini birlikdə keçirəcəklər
25 İyul 2010 Bazar 02:25
Rusiyanın dövlət və hökumət başçıları Medvedev və Putin məzuniyyət günlərində Rusiyada dincələcəklər.
Rusiyanın baş naziri Vladimip Putin məzuniyyətini Rusiyada keçirmək niyyətindədir. Bunu onun özü jurnalistlərə deyib. Rusiya prezidenti Dmitri Medvedevin də baş nazirlə birgə istirahət etməsi istisna deyil: “Mən məzuniyyətini Rusiyada keçirəcəm. Rusiya Federasiyasının bir sıra bölgələri var ki, xoşuma gəlir, bəziləri var ki, mən olmamışam. Dmitri Anatolyeviçlə (Medvedev) razılaşmışıq ki, məzuniyyətimizin bir neçə gününü birlikdə keçirək. Hazırda hara getməklə bağlı bölgə seçirik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: