Medvedev və Putin sürüşdülər
04 Yanvar 2010 Bazar Ertəsi 11:55
Medvedev və Putin sürüşdülər. Prezident və baş nazir "Qırmızı tala" dağ kurortunda istirahət ediblər.
Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin bazar günlərini “Qırmızı tala” ("Krasnaya Polyana") dağ kurortunda keçiriblər. Prezident və hökumət başçısı kurortda istirahət edənlərlə, o cümlədən uşaqlarla görüşüb, xizək sürüblər.
İstirahət edənlərdən çoxu onlardan birlikdə şəkil çəkdirməyi və yaxud avtoqraf verməyi xahiş edib. Prezident və baş nazir avtoqraf verdikdən sonra kafelərdən birinə daxil olaraq çay içiblər.

Qeyd edək ki, Medvedev bayram tətilini ailəsi ilə birgə “Qrımızı tala” kurortunda keçirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar