Medvedev və Obamanın görüşü başlayıb
14 Noyabr 2010 Bazar 05:15
Danışıqlar bağlı qapılar arxasında keçirilir
Yaponiyanın İokohama şəhərində Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obamanın ikitərəfli görüşü başlayıb. Lierlər “İnterkontinental İokohama Qrand” otelində bir-birilərini salamladıqdan sonra söhbətə başlayıblar. Danışıqlar bağlı qapılar arxasında keçirilir.
Dmitri Medvedev və Barak Obamanın strateji hücum silahlarının azaldılması barədə müqavilənin ratifikasiyası, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv qəbul edilməsi, rakte əleyhinə müdafiə sahəsində əməkdaşlıq, eləcə də beynəlxalq siyasi məsələlər, o cümlədən İranın nüvə proqramı ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.
Rusiya tərəfdən görüşdə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçiləri Sergey Prixodko və Arkadi Dvorkoviç də iştirak edir.
DOSTLARINLA PAYLAŞ: