Kremldə Rusiya prezidenti Dmitri Medvedevlə ABŞ prezidenti Barak Obama arasında danışıqlar başlayıb. Danışıqlar xarici siyasət üzrə köməkçilər və xarici işlər nazirlərinin iştirakı ilə dar çərçivədə aparılır.
Məlumata görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Sergey Prixodko iştirak edir.
Danışıqlardan sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçiriləcək.
Danışıqların yekun üzrə strateji hücum silahları, nüvə əməkdaşlığı, Əfqanıstan və hərbi yüklərin bu ölkəyə tranziti, hərbi əməkdaşlıq da daxil olmaqla sənədlər paketinin imzalanması planlaşdırılır.
Xatırladaq ki, Obamanın Rusiyaya səfəri işgüzar mahiyyət daşıyır. Bu səbəbdən görüşün rəsmi mərasimi nəzərdə tutulmayıb. /ANS PRESS/