Medvedev Ukraynaya gedir
17 May 2010 Bazar Ertəsi 11:40
Rusiya və Ukrayna prezidentləri yeddinci dəfə bir araya gələcək.
Rusiya prezidenti Dmitri Medvedev bu gün Ukraynaya rəsmi səfər edəcək. Rusiya Prezident Administrasiyasınıb rəhbəri Sergey Narışkinin verdiyi məlumata görə, səfər çərçivəsində Rusiya-Ukrayna dövlətlərarası komissiyasının üçüncü iclası keçiriləcək.

Qeyd edək ki, Rusiya-Ukrayna dövlətlərarası komissiyasının iclası artıq uzun müddətdir ki keçirilmir.

"Səfər çərçivəsində Avropada təhlükəsizlik məsələləri, Dnestryanı münaqişənin nizamlanması məsələsi və Qara dəniz regionunda təhlükəsizlik məsələləri üzrə Rusiya və Ukrayna prezidentlərinin birgə bəyanat qəbul etmələri planlaşdırılır", - deyə S. Narışkin bildirib.

Bundan əlavə, səfər zamanı birgə ikitərəfli sənədlər paketi, o cümlədən hökumətlərarası komissiya iclasının yekunu üzrə yekun protokol, həmçinin Rusiya-Ukrayna sərhədlərinin demarkasiyası sazişinin imzalanması gözlənilir.

Qeyd edək ki, bu, Dmitri Medvedev və Viktor Yanukoviçin 2010-cu ilin martından bu yana yeddinci görüşü olacaq.

Narışkin onu da bildirib ki, iki ölkə prezidentinin 5 mart görüşündən sonra Rusiya-Ukrayna münasibətlərində ciddi müsbət dəyişikliklər baş verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar